...

NMR-DƏ DƏNLİ BİTKİLƏRİN ƏKİNİ TƏXMİNƏN 24 MİN HA SAHƏDƏ HƏYATA KEÇİRİLİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2005 12:50 (UTC +04:00)

NMR-də dənli bitkilərin yaz və payız əkini təqribən 49 min hektar sahənin təxminən 24 min ha sahəsində həyata keçirilib. NMR-nin Bakıdakı daimi nümayəndəliyində Trend agentliyinə bildirilib ki, bu, cari ildə həyata keçirilən dənli bitkilərin ümumi əkininin 48,8%-ni təşkil edir.

Bu dövr ərzində respublikanın aqrar sahəsində əlavə mənfəət 95343,3 mln. manat ($20,294 mln) təşkil edib.

Cari ildə bütün ölkə üzrə dənli bitkilərin əkininə gəlincə, işlər 814,9 min HA. sahədə aparılıb.Ötən illə müqayisədə cari ildə bu məhsul əhəmiyyətli dərəcədə yüksək olacaq və kənd təsərrüfatı nazirliyinin ilkin proqnozlarına əsasən, 2 mln. 250 min ton təşkil edəcək ki, bu da 2004-cü ilin göstəricisindən 92 min çoxdur.

Xəbər lenti

Xəbər lenti