...

AZƏRBAYCAN İQTİSADİYYATININ İNKİŞAFINA 5 TRLN MANAT MƏBLƏĞİNDƏ VƏSAİT AYRILIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2005 13:11 (UTC +04:00)

Cari ilin birinci yarısında iqtisadiyyata ayrılmış kreditin həcmi 5 341,5 mlrd manat təşkil edib. Azərbaycan Milli Bankından Trend ə bildirildiyi kimi, 32,75% kredit və ya 1657,3 mlrd manat fiziki şəxslərə, 28,73% və ya 1454 mlrd manat ticarət və xidmət, 11,44% və ya 578,8 mlrd manat nəqliyyat və rabitə, 88,42% və ya 426 mlrd manat isə ağır və yüngül sənaye sahələrinin inkişafına yönəldilib.

Təbii resurslar və energetika sahələrinə 148,2 mlrd manat və ya 2,93%, kənd təsərrüfatı sektoruna 5,88% və ya 297,7 mlrd manat, dövlət idarəçiliyinə 31,8 mlrd manat və ya 0,63%, əmlak və tikinti sektoruna isə 324,5 mlrd manat və ya 6,41% kredit ayrılıb.

142,6 mlrd manat (2,82%) vəsait isə iqtisadiyyatın digər sektorlarının inkişafına yönəldilib.

Xəbər lenti

Xəbər lenti