...

BBIB DÖVRİYYƏSİ 1,196 MLRD MANAT TƏŞKİL EDİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2005 17:26 (UTC +04:00)

İyulda Bakı Beynəlxalq Valyuta Birjasında Rusiya rublu üzrə sazişlər bağlanılıb. BBVB-də Trend ə bildirildiyi kimi, 2005-ci ilin yanvar-iyul ayları ərzində rubl üzrə birjanın dövriyyəsi 1 196 800 010 manat təşkil edib.

İyulda rubl üzrə 81 525 000 manat məbləğində sazişlər bağlanılıb. Ay ərzində orta mübadilə məzənnəsi 163,05 manat olub. Bu zaman cari ilin ilk yeddi ayı ərzində orta mübadilə dövriyyəsi 171,7073 manat təşkil edib.

Bu valyuta üzrə dövriyyə hələlik bütün 2004-cü il ərzində mövcud dövriyyədən (21,13 mln rubl və ya orta mübadilə məzənnəsi ilə (171,472 RUR/AZM) 3623202,44 min manat) 3,295 dəfə çoxdur.

Xəbər lenti

Xəbər lenti