...

DÖVLƏT ƏMLAKININ İDARƏ OLUNMASI VƏ ÖZƏLLƏŞDİRİLMƏSİ DEPARTAMENTİ TƏRƏFİNDƏN "QAYNAR XƏTT" AÇILIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2005 18:35 (UTC +04:00)

İqtisadi inkişaf Nazirliyi dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi Departamenti ilə dövlət əmlakının özəlləşdirilməsi prosesində şəffaflığın təmin edilməsi üzrə işlərin aparılmasında davam edir.

Departamentdə Trend agentliyinə bildirilib ki, departamentə daxil olan problemlərin və ərizələrin operativ həlli üçün mövcud qanunvericilik çərçivsəində "qaynar xətt" yaradılıb.

Bundan sonra özəlləşdirmə prosesində iştirakda maraqlı olan hər bir vətəndaş öz problemləri ilə bağlı Departamentə aşağıdakı nömrələrə müraciət edə bilər: 490 24 08 (daxili197) və 490-27-60.

Ölkədə iqtisadiyyat üçün əlverişli şəraitin yaradılmasına yönəldilmiş tədbirlər kiçik və orta sahibkarlığın inkişafına, əhalinin şikayət və ərizələrinin araşdırılmasına və bu istiqamətdə yaranmış problemlərin aradan qaldırılmasına xidmət edir.

Xəbər lenti

Xəbər lenti