...

SENTYABRIN ORTALARINDA BAKIDA TÜRK İŞ ADAMLARI BİRLİKLƏRİ SƏDRLƏRİNİN TOPLANTISI KEÇİRİLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2005 10:40 (UTC +04:00)

Sentyabrın ortalarında Bakıda Avrasiya regionunda fəaliyyət göstərən türk iş adamları birlikləri sədrlərinin növbəti toplantısı keçiriləcək. Bu barədə Azərbaycan-Türk İş Adamları Birliyinin (ATİB) sədri Ahmet Erentok Trend xəbər agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, toplantı ya sentyabrın 12-14-də, ya da həmin ayın 13-15-də keçiriləcək.

Hazırda toplantının keçirilməsi ilə bağlı bir sıra hazırlıq işləri aparılır. ATİB-in təşkilatçılığı ilə keçiriləcək görüşdə region ölkələri arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti, bu ölkələrdə fəaliyyət göstərən Türkiyə iş adamlarının gələcək planları, fəaliyyət göstərən birliklər arasında əməkdaşlığın genişləndirilməsi, "Avrasiya" iqtisadi birliyi və "Avrasiya İş Adamları Konfederasiyası"nın yaradılması və s. məsələlər barədə müzakirələr aparılacaq. Toplantının sonunda 1-ci Bakı deklarasiyasının imzalanması nəzərdə tutulur. Tədbirdə 13 ölkədən nümayəndələr, həmçinin iş adamları birliklərinin fəaliyyət göstərdikləri ölkələrin Azərbaycandak
ı səfirləri də iştirak edəcək.

Qeyd edək ki, toplantının Bakıda keçirilməsi əvvəlcə iyunun 24-ə nəzərdə tutulmuşdu. Lakin tədbirin digər təşkilatçısı olan Türkiyə Xarici İqtisadi Əlaqələr Şurası nəzdində fəaliyyət göstərən Türkiyə - Avrasiya biznes şuralarının sədri Tuğrul Ərkinin ABŞ-a vacib səfər etməsi ilə əlaqədar olaraq toplantı müəyyən müddətə təxirə salınmışdı.

Xatırladaq ki, Avrasiya regionunda fəaliyyət göstərən türk iş adamları birlikləri sədrlərinin ilk toplantısı bu il martın 18-də Ankarada keçirilmişdir. Türkiyə Xarici İqtisadi Əlaqələr Şurasının təşkilatçılığı ilə keçirilmiş görüşdə Azərbaycanı ATİB sədri Ahmet Erentok təmsil etmişdir.

Xəbər lenti

Xəbər lenti