...

İLK 6 AYDA AZƏRBAYCAN BEYNƏLXALQ TƏŞKİLATLARA 4,2 MİLYON DOLLAR ÜZVLÜK HAQQI ÖDƏYİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2005 10:52 (UTC +04:00)

Bu ilin birinci yarısında Azərbaycan müxtəlif beynəlxalq təşkilatlara 4,2 milyon dollar üzvlük haqqı ödəyib. Bu barədə Maliyyə Nazirliyi mətbuat xidmətindən Trend xəbər agentliyinə məlumat verilib. Verilən məlumata görə, bu vəsaitin 1,5 milyon dolları beynəlxalq maliyyə-kredit təşkilatlarına ödənilib.

Bu təşkilatlar arasında ən çox üzvlük haqqı xərci Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı və s. qurumlara çəkilib. Üzvlük haqqı ilə əlaqədar xərclərin 2,7 milyon dolları isə beynəlxalq ictimai-siyasi təşkilatlara sərf edilib. Bu təşkilatlar arasında əsas üzvlük haqqı isə Avropa Şurası, UNESCO, ATƏT, UNİSEF, Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Səhiyyə Təşkilatı və s. qurumlara ödənilib.

Xatırladaq ki, 2004-cü ildə Azərbaycan müxtəlif beynəlxalq təşkilatlara 6,6 milyon dollar üzvlük haqqı ödəmişdir. Bunun 3,2 milyon dolları beynəlxalq maliyyə-kredit təşkilatlarına, 3,4 milyon dolları isə beynəlxalq ictimai-siyasi təşkilatlara sərf edilmişdir.

Xəbər lenti

Xəbər lenti