...

AVRO ÜZRƏ BİRJA DÖVRİYYƏSİ 2,5 MLRD MANAT TƏŞKİL EDİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2005 11:10 (UTC +04:00)

İyulda Bakı banklararası valyuta birjasında avro üzrə sazişlər bağlanılıb. BBVB-də Trend ə bildirildiyi kimi, 2005-ci ilin yanvar-iyun aylarının yekunlarına görə, birjanın avro üzrə dövriyyəsi 399 min avro və ya 2 470 551 400 manat təşkil edib.

İyulda avro üzrə 65 min avro və ya 367 876 000 manat məbləğində sazişlər bağlanılıb. Bir ay ərzində 1 avro üzrə orta mübadilə məzənnəsi 5659,6308 manat təşkil edib. Bu zaman cari ilin ilk yeddi ayı ərzində orta dövriyyə məzənnəsi 6191,8581 manat olub. Ümumilikdə cari ilin ilk yeddi ayının yekunlarına görə, avro üzrə orta mübadilə məzənnəsi fevralda 6361,3253 manatdan (yanvar ayında avro üzrə saziş bağlanmayıb) iyul ayı ərzində 5659,6308 manata qədər azalıb.

Bu vayuta üzrə dövriyyə hələlik bütün 2004-cü ilin mövcud dövriyyəsinin 71,634%-nə bərabərdir (orta mübadilə məzənnəsində 557 min avro - 6206,5476 EUR/AzM).

Xəbər lenti

Xəbər lenti