...

FƏRHAD ƏLİYEV: 2006-CI İLDƏ AZƏRBAYCANDA ÜDM 70,5 TRLN MANAT TƏŞKİL EDƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2005 16:56 (UTC +04:00)

İqtisadi İnkişaf Nazirliyinin proqnozlarına əsasən 2006-cı ildə Azərbaycanda ÜDM 70,5 trln manat təşkil edəcək. İqtisadi inkişaf naziri Fərhad Əliyevin "Trendə bildirdiyi kimi, belə olduqda ölkə iqtisadiyyatı 30,6 % inkişaf edəcək.

Sənaye istehsalında 56%, qeyri-neft sektorunda isə 13% artım müşahidə ediləcək.

Belə olduqda Azərbaycanda orta əmək haqqının səviyyəsi $165, əhalinin pul gəlirləri və xərcləri isə 30% təşkil edəcək.

Nazir həmçinin onu da bildirib ki, yaxın zamanlarda Nazirliklər və idarələr öz göstəricilərini razılaşdıracaq. Xüsusilə Azərbaycan Milli Bankı tərəfindən 2006-cı il üçün inflyasiya, həmçinin manatın ABŞ dollarına nisbətən mübadilə məzənnəsi üzrə proqnozların təqdim olunacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti