...

İLİN BİRİNCİ YARISINDA 57 MİLYON DOLLAR XARİCİ BORC QAYTARILIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Avqust 2005 11:08 (UTC +04:00)

Bu ilin birinci yarısında Azərbaycan hökuməti bir sıra beynəlxalq maliyyə qurumlarına 57 milyon dollar xarici borc qaytarıb. Maliyyə Nazirliyi Xarici İqtisadi Ələqələr İdarəsindən Trend xəbər agentliyinə verilən məlumata görə, qaytarılan borcun 47,4 milyon dolları əsas borc, 9,6 milyon dolları isə kreditlərə görə ödənilmiş faizlər olub. Borcun 40,6 milyon dolları dövlət müəssisələri tərəfindən (AZAL, Azərenerji, Azərkimya, Azərsu və s.), 4 milyon dollar dövlət büdcəsindən qaytarılıb. Milli Bankın valyuta ehtiyatlarından isə Beynəlxalq Valyuta Fondundan alınmış kreditlərin qaytarılmasına 12,4 milyon dollar sərf olunub.

Qeyd edək ki, 2005-ci ildə hökumət 118 milyon dollar xarici borc qaytarmağı nəzərdə tutur. Bunun 91 milyon dolları əsas borc, 27 milyon dolları isə kreditlərə görə ödəniləcək faizlərdir.

Xatırladaq ki, Azərbaycan 2004-cü ildə 134,2 milyon dollar xarici borc qaytarıb. Ödənilmiş borcun 116,3 milyon dolları əsas borc, 17,9 milyon dolları isə kreditlərə görə ödənilmiş faizlər olub.

Xəbər lenti

Xəbər lenti