...

AZƏRBAYCANDA 1902,8 MİN TON TAXIL YIĞILIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2005 11:14 (UTC +04:00)

Avqustun 1-nə olan operativ məlumatlara görə, əkin sahələrindən 769,9 min ha taxıl yığılıb. Dövlət Statistika Komitəsindən Trend ə bildirildiyi kimi, bütün əkin sahələrinin 96,8%-dən taxıl yığılıb. Hər hektar sahədə orta məhsudlarlıq 25,5 sentner təşkil edib ki, bu da 1902,8 min ton taxıl yığmağa imkan verib (keçən ilin analoji göstəricisindən 4,8 min ton çoxdur).

Saatlı, Ağcabədi, Şəmkir, Bərdə, Hacıqabul, Sabirabad, Beyləqan, İmişli və Salyanda 1 ha sahədən 31,2-41,2 sentner məhsul götürülüb.

Cəlilabad rayonunda 123 min ton , Ağsuda 73,8 min ton, Sabirabadda 83,9 min ton, Şəkidə 102,7 min ton, Xaçmazda 80,2 min ton, İsmayıllıda 71,3 min ton taxıl yığılıb. NMR-də 88,1 min ton taxıl istehsal edilib ki, bu da keçən ilin analoji göstəricisi ilə müqayisədə 13,8% çoxdur. 1 ha sahədən 38,5 sentner məhsul yığılıb (keçən il bu göstərici 38,3 sentnerə bərabər idi). Ümumilikdə keçən illə müqayisədə bu il rayonlarda orta məhsuldarlıq yüksəkdir.

Xəbər lenti

Xəbər lenti