...

AZƏRBAYCAN VƏ İRAN DƏMİRYOLÇULARININ GÖRÜŞÜ BAŞA ÇATIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2005 17:21 (UTC +04:00)

Avqustun 4-də İran və Azərbaycan sərhədində yeni dəmiryolunun inşası üzrə hər iki ölkənin ekspertlərinin görüşü başa çatıb. Azərbaycan dövlət dəmiryol idarəsindən (ADDİ) Trend ə verilən məlumata görə, Astarada keçirilən görüşdə Azərbaycanın nümayəndə heyətinə ADDİ rəisinin müavini Mehdi Mehdiyev rəhbərlik edib.

ADDİ-də həmçinin görüş zamanı körpünün inşası üçün yerin Azərbaycan və İranın sərhəd xidmətinin tövsiyyələrindən sonra seçiləcəyinə dair qərarın qəbul edildiyi bildirilib.

Görüşdə tanışlıq məqsədilə körpünün layihəsinin Azərbaycan tərəfinə verilməsinə dair razılıq əldə olunub. Bu məsələ həmçinin Azərbaycan, İran və Rusiyanın dəmiryol idarələrinnin rəhbərlərinin görüşündə də müzakirə olunacaq.

Görüşdə ölkələrin nümayəndələri layihənin həyata keçirilməsinin tezləşdirilməsi, əlavə yolların salınması, təkərlərin dəyişdirilməsi məntəqələrinin yaradılmasına dair təkliflərlə çıxış ediblər.

Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi çərçivəsində 101 m uzunluqlu yeni körpünün inşası İran və Azərbaycan hökumətləri tərəfindən maliyyələşdiriləcək.

Xəbər lenti

Xəbər lenti