...

RƏQABƏT MƏCƏLLƏSİNƏ PARLAMENT TƏRƏFİNDƏN OKTYABRDA BAXILACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2005 20:57 (UTC +04:00)

Hökumət rəqabət Məcəlləsinin Milli Məclis tərəfindən qəbul edilməsini cari ildə nəzərdə tutur. Bu barədə Trend agentliyinə eksklüziv olaraq iqtisadi inkişaf naziri Fərhad Əliyev bildirib. "Düşünürəm ki, məcəlləyə parlament tərəfindən oktyabrda baxılacaq və qəbul ediləcək " -deyə nazir qeyd edib.O. həmçinin bildirib ki, hazırda Məcəllə layihəsi prezidentin İcra aparatındadır.

Bundan öncə bildirilmişdi ki, rəqabət Məcəlləsinin layihəsi (keçmiş antiinhisar məcəlləsi) Prezidentin İcra aparatına baxılmağa Dövlət gömrük komitəsinin vizası olmadan və onun işlənib-hazırlanmasının son müddəti bitməmiş verilmişdir.

Qeyd edək ki, sənədi faktiki işləyib-hazırlayan DGK-nin və İİN-nin əsas rəyi antiinhisar orqanının və tədbirlərinin statusunun müvafiqliyi məsələsi olub.Bəzi rəylərə əsasən, inzibati pozuntular inzibati pozuntular haqqında ümumi qanun çərçivəsində həll edilməlidir.

Öz növbəsində İİN öz fikrində qalır ki, rəqabət Məcəlləsi ardıcıl yaxud tabeli normativ aktlarsız bir sənəd olmalıdır.İİN-nin fikrincə, antiinhisar orqanının statusu bununla məcəllə predmeti olmur.

Razılaşdırılma müddəti ərzində məcəllə layihəsi Antiinhisar adından rəqabət Məcəlləsinə dəyişdirilib və ədliyyə Nazirliyinin ekpertizasından keçib.

Məcəllənin qəbul edilməsi hələ Milli Məclisin yaz sessiyası ərzində planlaşdırılmışdı və onun parlament ətəqdim edilməsi cari ilin martın 1-nə planlaşdırılmışdı.Həmin vaxt sənəd onun razılaşdırılmasında iştirak etmiş DGK və Milli bankdan başqa bütün nazirliklərin və idarələrin vizasından keçmişdir.AMB-nın rəhbərliyi martın əvvəlində sənədi imzalamış, DGK isə hələ də onu vizadan keçirməmişdir.

Xəbər lenti

Xəbər lenti