...

DÜNYA BANKI ÖZƏL SEKTORUN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞÜB

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2005 15:58 (UTC +04:00)

Avqustun 5-də Dünya bankıAzərbaycanın özəl sektorunun nümayəndələri ilə görüşüb. Bankın Bakı nümayəndəliyi rəhbərinin vəzifələrini icra edən Əkbər Nomanının Trend ə bildirdiyi kimi, bu diskussiya DB-nin Azərbaycanla gələcək əməkdaşlıq üzrə məsələlərin müzakirəsinə həsr olunub.

"Hazırda DB ölkəyə yeni yardım strategiyasının geniş müzakirəsini aparır. Bu gün özəl sektorun nümayəndələri ilə görüş keçirilib. Daha sonra vətəndaş cəmiyyətinin nümayəndələri ilə analoji müzakirələrin aparılması nəzərdə tutulur. Paralel olaraq hökumət nümayəndələri ilə də görüşlər keçirilir", - deyə Ə.Noman qeyd edib.

Görüşün iştirakçısı olan UniBank-ın idarə heyətinin sədri Faiq Hüseynovun məlumatına görə, görüşdə milli iqtisadiyyatın indiki vəziyyətinin qiymətləndirilməsi məsələləri, investisiya prosesləri, həmçinin yaxın perspektivdə inkişafa dair proqnozlar müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti