...

SAHİBKARLIĞA DƏSTƏK MİLLİ FONDU ƏN İRİ LAYİHƏNİ MALİYYƏLƏŞDİRMƏYƏ HAZIRLAŞIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2005 16:26 (UTC +04:00)

Sahibkarlığa dəstək Milli Fondu ən iri layihəni dəstəkləyəcək. SDMF-nin rəhbəri Qədir Hüseynovun Trend ə bildirdiyinə görə, layihənin maliyyələşdirilməsi artıq İqtisadi İnkişaf və Maliyyə Nazirliklərinin, həmçinin Azərbaycan Milli Bankının nümayəndələrindən ibarət Komissiya tərəfindən qəbul edilib.

"Yem istehsalının təşkili üzrə ən iri layihə Riyad şirkəti tərəfindən Aqstafa rayonunda həyata keçiriləcək. 2004-cü ilin yayında prezident İ.Əliyev bu rayona səfər etmişdi. Layihənin həyata keçirilməsi üçün 4 mlrd manat ayrılacaq. Layihə 390 yeni iş yerlərinin açılmasını nəzərdə tutur.", - deyə Q.Hüseynov bildirib.

Qeyd edək ki, SDMF yalnız keçən ilin sonundan layihələrə $1 mln məbləğində kredit ayırmaq hüququ əldə edib (həyata keçiriləcək layihəyə avqustun 5-nə olan 4677AzM/1USD məzənnəsi üzrə $855,249 min vəsait ayrılacaq). Əvvəllər MF $100 mindən çox olmayan məbləğdə kreditlər ayrı bilərdi.

Xəbər lenti

Xəbər lenti