...

RI INIESTMENT DAŞKƏSƏNDƏ QIZIL YATAQLARININ İŞLƏNİB-HAZIRLANMASINDA MARAQLIDIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2005 20:12 (UTC +04:00)

RI Investment Services Grour LLC Daşkəsəndə qızıl yataqlarının işlənib-hazırlanmasında maraqlıdır. Trend agentliyi xəbər verir ki, avqustun 5-də şirkətin rəhbəri Riza Vizari bu barədə bildirib.

Onun sözlərinə görə, şirkət yatağın işlənib-hazırlanmasına maraq göstərir, amma hazırda şirkət tərəfindən Azərbaycan hökumətinə bu məqsədlə hər-hansı bir təklif təqdim edilməyib. "Çox ehtimal ki, yaxın vaxtlarda biz hökumətə konkret təkliflərlə çıxış edəcəyik" -deyə R.Vizari qeyd edib.

Daşkəsəndəki yataqların qızıl ehtiyatları 150 min ton həcmində hesablanır.

Hazırda şirkət Azərbaycanın cənub-qərbində - Gədəbəy, Ordubad, Qoşa Bulaq, Qızıl Bulaq, Vəcnəli i Söyüdlüdə yataqların işlənib-hazırlanmasının gerçəkləşdirilməsini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti