...

DEG İLƏ SAZİŞ SENTYABRDA RƏSMİLƏŞDİRİLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Avqust 2005 12:41 (UTC +04:00)

Almaniyanın DEG (Deutsche Investitions- und Entwicklungsgesellschaft mbH, KfW Almaniyanın inkişaf bankı qrupu) investisiya korporasiyası və UniBank kommersiya bankı arasında saziş yaxın 30-35 gün ərzində rəsmiləşdiriləcək.Bu barədə Trend agentliyinə bank idarə heyətinin sədri Faiq Hüseynov bildirib.

Onun sözlərinə görə, hazırda aksiyaların alqı-satqısının hüquqi rəsmiləşdirilməsi prosesi aparılır.Beləliklə, sazişin başa çatdırılmasını artıq sentyabrda gözləmək olar.

Qeyd edək ki, UniBank kommersiya bankı və Almaniyanın DEG investisiya korporasiyası mayın 31-də Almaniyada Azərbaycan üzrə investisiya konfransının keçirildiyi zaman DEG -nin bankın kapitalında payı və aksiyaların 8,33%-nin əldə olunması barədə saziş imzalayıb.

Xəbər lenti

Xəbər lenti