...

İQTİSADİ İNKİŞAF NAZİRLİYİ İKİ İNVESTİSİYA MÜSABİQƏSİNİN MÜDDƏTİNİ UZADIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Avqust 2005 13:11 (UTC +04:00)

İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakını İdarəetmə və Özəlləşdirmə Departamenti Bakı elektrik tökmə zavodunun (Bakı Elektriktökmə səhmdar cəmiyyəti) və Mingəçevir toxuculuq fabrikinin (Mingəçevir-Toxucu ASC) səhmlərinin satışı üzrə investisiya müsabiqələrinin müddətinin uzadıldığını elan edib.

Nazirliyin departamentindən Trend ə bildirildiyi kimi, Bakı Elektriktökmə zavodunun səhmlərinin 98,71%-nin satılması üzrə investisiya müsabiqəsinin müddəti 2005-ci il avqustun 2-dən noyabrın 16-na, Mingəçevir toxuculuq fabrikinin səhmlərinin 99,31%-nin satışı üzrə müsabiqənin müddəti isə avqustun 3-dən noyabrın 11-nə kimi uzadılıb.

Son iki həftə ərzində İİN Sumqayıt Kompressorları, Sumqayıt Superfosfat, Yeni BEMZ, Bakı Dəzgahqayırma, Bakı Məişət Maşınları, Bakı Agırlaşdırıcılar, Bakı Kondisioneri səhmdar cəmiyyətlərinin səhmlərinin satışı üzrə investisiya müsabiqələrinin başa çatma müddətini bu ilin noyabr-dekabr aylarına təyin edib.

Xəbər lenti

Xəbər lenti