...

AZƏRBAYCANDA LİZİNQ ŞİRKƏTLƏRİNİN İSTİQRAZLARININ İLK YERLƏŞDİRİLMƏSİ PLANLAŞDIRILIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2005 15:22 (UTC +04:00)

Bu ay Azərbaycanın fond bazarında lizinq şirkətlər tərəfindən buraxılmış istiqrazların alqı-satqısı üzrə ilk hərracın keçirilməsi planlaşdırılıb. AtaLising şirkətinin rəhbəri Ceyhun Məmmədbəylinin Trend ə verdiyi məlumata görə, emissiyaların ümumi həcmi 500 min dollardır.

"Bu, Azərbaycanın fond bazarı tarixində lizinq şirkətləri tərəfindən istiqrazların ilk buraxılışı olacaq. Bakı Fond Birjasının vasitəçiliyi ilə biz bir qiymətli kağızın dəyəri 100 ABŞ dolları olmaqla 500 min dollar məbləğində emissiyaların yerləşdirilməsini planlaşdırmışıq. Bu öv üzrə gəlir 13%, qiymətli kağızların işlədilməsi müddəti isə 2 il təşkil edir. Yerləşdirmə artıq bu aydan başlanacaq ", - deyə Ceyhun Məmmədbəyli qeyd edib.

Xəbər lenti

Xəbər lenti