...

AZƏRBAYCAN DTT-YƏ TAMHÜQUQLU ÜZVLÜK ALDIQDA GÜZƏŞTLƏR İSTƏYƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2005 16:36 (UTC +04:00)

Azərbaycan Dünya Ticarət Təşkilatına (DTT) tamhüquqlu üzvlük aldıqda bir sıra güzəştlər istəməyi planlaşdırır.İqtisadi inkişaf naziri Fərhad Əliyev Trend agentliyinə bildirib ki, DTT-nin müxtəlif ölkələrlə əməkdaşlığında belə praktika mövcuddur.

"Əgər hətta 2-3 ildən sonra da biz DTT-nin üzvü olsaq, 10 il ərzində milli iqtisadiyyatın inkişafı üçün DTT-nin güzəştlərindən istifadə etmək hüququmuz vardır " -deyə F.Əliyev qeyd edib.

O, həm də deyib ki, DTT-yə daxil olduqda Azərbaycan, ilk növbədə dövlət maraqlarından çıxış edəcək. "Biz, ilk növbədə öz daxili bazarımızın möhkəmləndirilməsi barədə düşünməliyik.Hələlik bazarımız o qədər də güclü deyil " -deyə o qeyd edib.

Nazir həm də bildirib ki, bu təşkilata daxil olduqda tariflərin tənzimlənməsi, dəqiqləşdirilməsi və şəffaflığı zərurəti meydana çıxacaq. "Əgər müqayisə etsək, onda bizim tarif rüsumlarımız qonşu dövlətlərdə olan tarif rüsumlarından 6-7% aşağıdır.

Beləliklə, tariflərlə bağlı heç bir narazılıq yoxdur, bu məsələdə yalnız anlaşılmazlıq vardır " -deyə nazir bildirib. F.Əliyev vurğulayıb ki, əvvəllər DTT ölkənin iqtisadi qanunvericiliyi üzrə bir çox məsələləri əhatə edirdi. "Hazırda bu məsələlərin sayı azalıb, bir neçə maneələr qalıb.

Qarşımıza qoyulan tapşırıq DTT-nin bizə ünvanlayacağı suaalları cavablandırmaq, eləcə də qanunvericiliyimizi, xüsusilə xidmət, kənd təsərrüfatı, standartlar sahəsində beynəlxalq standartlara müvafiq olaraq təkmilləşdirməkdir.

Paralel olaraq DTT-nin iştirakçısı olan dövlətlər də Azərbaycanın DTT-yə daxil olması barədə qərar qəbul etməlidir " -deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti