...

2005-2006-CI İLLƏRDƏ LİZİNQ ƏMƏLİYYATLARININ DÖVRİYYƏSİ $80-$100 MİLYONA ÇATACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2005 16:44 (UTC +04:00)

2003-cü ildən, yəni Azərbaycan lizinq inkişafı layihəsinin (ALDP - BMK və SECO tərəfindən həyata keçirilir) həyata keçirildiyi vaxtdan etibarən, Azərbaycanda lizinq dövriyyəsi 18 dəfə - $1 milyondan $18 milyona qədər artıb.

Layihənin direktoru Rendal Pitersenin Trend ə bildirdiyi kimi, lizinqlə məşğul olan şirkət və təşkilatların sayı 3-dən 24-ə qədər artıb.

"2005-2006-cı illərdə Azərbaycanda lizinq dövriyyəsi $80-100 milyona qədər artacaq. Artıq ölkədə 265 lizinq layihəsi maliyyələşdirilir", - deyə R.Pitersen qeyd edib.

Layihənin nümayəndəsi Elçin Əhmədovun bildirdiyi kimi, Azərbaycanda potensial lizinq portfeli $200-400 mln dəyərində qiymətləndirilir. "Hazırda 7 lizinq şirkəti və 16 bank, həmçinin digər iştirakçılar tərəfindən fəal əməliyyatlar aparılır.

Şirkətlərin ümumi nizamnamə kapitalı $2,5 milyondan artıqdır. Yaxın zamanlarda daha 6 şirkət və 8-10 təşkilat fəaliyyətə başlayacaq", - deyə E.Əhmədov bildirib.

Xəbər lenti

Xəbər lenti