...

AZƏRBAYCAN-UKRAYNA BİZNES-FORUMUNA HAZIRLIQ GEDİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2005 17:36 (UTC +04:00)

Azərbaycan Sahibkarlar Təşkilatlarının Milli Konfederasiyası (STMK) və Ukraynanın Sənaye və Sahibkarlar İttifaqı qarşıdakı Azərbaycan -Ukrayna biznes-forumuna hazırlaşırlar. Bu barədə Trend ə STMK-dan məlumat veriblər.

Azərbaycanlı sahibkarlar Ukrayna tərəfinə ikitərəfli əməkdaşlığın inkişafı üzrə 20-yə yaxın yeni layihəni təqdim etməyi planlaşdırır. Həmin layihələr arasında tikinti, nəqliyyat, əczaçılıq, ağır maşınqayırma, yüngül sənaye, kənd təsərrüfatı və kənd təsərrüfatı bitkilərinin istehsalı ilə bağlı layihələr də var.

STMK-dan verilən məlumata görə, ukraynalı sahibkarlar dəfələrlə iki ölkənin işgüzar adamları arasında qarşılıqlı münasibətlərin yoluna qoyulmasına imkan verən ticarət evlərinin yaradılmasının zəruriliyini qeyd ediblər. Təşkilatda belə hesab edirlər ki, yeni münasibətlərin yaradılması qarşılıqlı investisiyaların həcminin artırılmasına və Ukrayna ilə ticarət-iqtisadi münasibətlərin genişləndirməsinə şərait yarada bilər. Bu təkliflər artıq hər iki hökumət tərəfindən nəzərdən keçirilir.

Xəbər lenti

Xəbər lenti