...

YENİ ZAVODUN VƏ ELEKTRİK STANSİYASININ TİKİNTİSİ ÜZRƏ FONDEL METAL-IN LAYİHƏSİ 300 MİLYON DOLLAR VƏSAİT TƏLƏB EDİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2005 18:26 (UTC +04:00)

Hollandiyanın Fondel Metal Participation B.I. şirkətinin layihəsi Azərbaycanın Nazirlər Kabinetinə investisiya layihələrinin reallaşdırılması üçün təkliflərini təqdim edib. İqtisadi inkişaf naziri Fərhad Əliyevin Trend ə verdiyi məlumata görə, təkliflər Gəncədə yeni aluminium zavodunun və yeni elektrik stansiyasınınt tikintisinə aiddir.

"Təkliflər Nazirlər Kabinetinə verilib və hazırda öyrənilir. Onların çərçivəsində 200 mVt-luq elektrik stansiyasının tikintisi və 220 min ton məhsul istehsal edən zavaodun tikintisi nəzərdə tutulub. Bu layihələrin texniki-iqtisadi həcmi hələlik hökumətə təqdim olunmayıb. Lakin ilkin hesablamalara görə, bu təkliflərin dəyəri 300 milyon dollar təşkil edir. Lakin bu məbləği təshih etmək olar ", - deyə nazir qeyd edib.

Fondel Metal Participation B.I şirkətinin idarəsində olan Azeraluminium dövlət zəmanətinə veriləcəyi və ya özəlləşdiriləcəyi məsələsinə gəldikdə nazir Fərhad Əliyev bildirib ki, şirkətə dövlət zəmanəti verilməyəcək. "Əgər onlar kredit götürmək istəsələr, ondan bunu öz şəxsi zəmanətləri ilə götürəcəklər. Biz hesab edirik ki, ən yaxşı variant bu müəssisənin özəlləşdirilməsidir. Müvafiq təkliflər Nazirlər Kabinetinə təqdim olunub ", - deyə nazir bildirib.

2004-cü ildə Azeraluminium səhmdar cəmiyyətin istehsal sahələrində 30 min ton aluminium və 300 min tona yaxın oksidləşmiş alumin istehsal edib. Sonuncu göstərici son 20 ildə Gəncədə ən yküsək göstəricidir.

Bundan əvvəl də Fondel Metal Participation B.I. şirkətinin Gəncədə 50 min ton alumin istehsal edəcək yeni zavodun tikintisini planlaşdırdığı elan edilmişdi. Həmçinin qeyd edilmişdi ki, 2006-cı ildə oksidləşmiş alumin istehsalı 450 min tona qədər çatacaq. 2005-ci il üçün proqnoz 400 min ton olub.

Azərbaycan Respublikası prezidentinin 2001-ci il 30 iyul tarixli fərmanı ilə Azeraluminium müəssisələrinin idarə edilməsi 25 il müddətinə Hollandiyanın Fondel Metal Participation B.I. şirkətinə verilib. Azeraluminium-da 3 müəssisə birləşir. Onlardan biri dünyada analoqu olmayan Zeynik alunit mədəni, həmçinin Gəncə oksidləşmiş alumin zavodu və Sumqayıt aluminium zavodudur.

Xəbər lenti

Xəbər lenti