...

ALŞA İDXALDA ƏDV-DƏN AZAD EDİLMƏ TƏKLİFİ İLƏ HÖKUMƏTƏ TƏKRAR MÜRACİƏT EDƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2005 20:50 (UTC +04:00)

Azərbaycan lizinq şirkətləri Assosiasiyası (ALŞA) lizinq predmeti olacaq bir sıra malların idxalında ƏDV-dən azad edilmə təklifi ilə hökumətə təkrar müraciət etməyi planlaşdırır.Assosiasiyanın rəhbəri Ceyhun Məmmədbəyli Trend agentliyinə bildirib ki, ötən il lizinq şirkətləri Nazirlər Kabinetinin təsdiq etdiyi belə məhsullar siyahısının genişləndirilməsi təklifini verib.

"Biz başa düşürdük ki, bütün lizinq avadanlığı üçün ƏDV-nin sıfra endirilməsi real deyil.Təəssüf ki, ötən ilki təklif hökumətin hər-hansı bir qərar və qətnaməsində öz əksini tapmadı.Buna görə də bu təkliflə biz yenidən hökumətə müraciət edirik ki, bəlkə gələn ilədək təkliflərimiz nəzərə alınsın " -deyə C.Məmmədbəyli qeyd edib.

Onun sözlərinə görə, hazırda Nazirlər Kabinetinin 31 yanvar 2005-ci il qərarı ilə kənd təsərrüfatı texnikası idxalda ƏDV-dən azad edilib. "Biz potensial ehtiyac olan - tikinti, nəqliyyat, emal, tibbi texnika, istehsal üçün olan digər texnika və avadanlıq növlərinin də azad edilməsini təklif edirik.İndi bunlardan yüksək tələbatla istifadə olunur " -deyə C.Məmmədbəyli bildirib.

Xəbər lenti

Xəbər lenti