...

YOXSULLUĞUN AZALDILMASI VƏ İQTİSADİ İNKİŞAF DÖVLƏT PROQRAMININ KATİBLİYİ ŞƏKİDƏ İCTİMAİYYƏTLƏ GÖRÜŞÜB

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2005 20:52 (UTC +04:00)

Yoxsulluğun azaldılması və iqtisadi inkişaf Dövlət proqramının katibliyi Şəki şəhərində ictimaiyyətlə görüşüb.Dövlət proqramının katibliyində Trend agentliyinə bildirilib ki, tədbirdə qəçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması üçün gerçəkləşdirilən işlər, regional infrastruktur, kənd təsərrüfatı məsələləri müzakirə edilib.

Sadalanan sektorlar üzrə dəyirmi masalar keçirilib.Qaçqınlar və məcburi köçkünlərin problemləri üzrə girovsuz və uzunmüddətli kreditləşdirilmə, məşğulluğun yüksəldilməsi üçün emal istehsalının yaradılması, təhsil problemləri, səhiyyə, içməli su çatdırılması və digər məsələlər müzakirə edilib.

Regional infrastruktur problemləri üzrə kanalizasiya və su sistemlərinin yenidən qurulması, regional daxili yolların bərpası, Şəkidə və Zaqatalada hava limanlarının yenidən qurulması, alternativ enerji mənbələrindən istifadə və s. məsələlər müzakirə edilib.

Kənd təsərrüfatı problemləri üzrə aqrotexniki xidmətin yaradılması, kredit faizlərinin endirilməsi, uzunmüddətli və girovsuz kreditləşdirilmə, istehsal və özəlləşdirilmənin davam etdirilməsi və s. məsələlər müzakirə edilib. Həmçinin bələdiyyələrin məlumatlandırılması, dotasiyaların yüksəldilməsi, bələdiyyələr üzrə mövzuların orta məktəb proqramlarına tətbiq edilməsi, torpaq məsələləri və s. məsələlər müzakirə obyekti olub.

Tədbirdə 104 nəfər, o cümlədən Şəki, Zaqatala, Oğuz, Balakən, Qəbələ və Qaxın 75 nümayəndəsi, yerli və beynəlxalq təşkilatların 23 nümayəndəsi iştirak edib.

Xəbər lenti

Xəbər lenti