...

SON İLLƏR ƏRZİNDƏ TRACECA DƏHLİZİ İLƏ NEFT VƏ NEFT MƏHSULLARI DAŞIMALARININ HƏCMİ 38 DƏFƏ ARTIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Avqust 2005 13:13 (UTC +04:00)

Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən neft yüklərinin daşınmasında son dərəcə irəliləyişlər əldə olunub. Bu barədə Azərbaycanın TRACECA Hökumətlərarası Komissiyasındakı milli katibi Akif Mustafayev Trend ə ekskluziv olaraq bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökumətinin nəqliyyat sektoruna böyük diqqət yetirməsi sahəsində respublikanın nəqliyyat infrastrukturunun inkişafı, həmçinin Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən düzgün nəqliyyat siyasəti, ADD, XG və digər şirkətlərin uğurlu fəaliyyəti yük daşımalarının artmasına imkan yaradıb.

"Əgər 1995-ci ildə Avropa-Qafqaz-Asiya dəhlizi ilə yalnız 335 min ton neft və neft məhsulu daşınırdısa, 2004-cü ildə bu göstərici 38 dəfə artaraq 12 mln tona çatıb", - deyə o qeyd edib.

A.Mustafayev neft və neft məhsulları daşımalarının həcminin gələcəkdə də artacağını hesab edir.

Xəbər lenti

Xəbər lenti