...

3 134,947 MLRD MANATDAN ARTIQ MƏBLƏĞDƏ MİLLİ VALYUTA BANKNOTLARI VƏ SİKKƏLƏRİ DÖVRİYYƏDƏDİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Avqust 2005 15:48 (UTC +04:00)

Cari ilin birinci yarısında Azərbaycan Milli Bankının bölünməmiş gəliri 50 mlrd manat təşkil edib. Milli Bankda Trend ə bildirildiyi kimi, bankın kapital ehtiyatları 430,773 mlrd manat, nizamnamə kapitalı 61,649 mlrd manatdır. Beləliklə, AMB-nin ümumi kapitalı 542,421 mlrd manat təşkil edir.

İyulun 31-nə olan vəziyyət üzrə AMB-nin aktivləri 7 408,211 mlrd manata bərabərdir. Bunun 99,874 mlrd manatı nağd pulların, 1 188,765 mlrd manatı Beynəlxalq Valyuta Fondunun əlavələrinin, 783,329 manatı investisiya qiyməli kağızların payına düşür.

Qeyri-rezident banklarda vəsaitlər 4 593,656 mlrd manata, kredit təşkilatlarına tələblər 344,805 mlrd manata, faiz gəlirləri 39,149 mlrd manata, əsas vəsaitlər 76,629 mlrd manata, qeyri-maddi aktivlər 19,445 mlrd manata, digər aktivlər isə 262,56 mlrd manata bərabərdir.

AMB-nin öhdəlikləri strukturunda dövriyyədə olan banknotlar və sikkələr 742,9 mlrd manat, kredit təşkilatları qarşısında öhdəliklər 839,179 mlrd manat, digər depozit hesabları 1,007 mlrd manat, buraxılmış (satılmış) qiymətli kağızlar 97,773 mlrd manat, Beynəlxalq Valyuta Fondu qarşısında öhdəliklər - 2 011,659 mlrd manat, digər maliyyə institutları qarşısında öhdəliklər - 30,754 mlrd manat, faiz xərcləri - 3,493 mlrd manat, digər öhdəliklər isə 4,078 mlrd manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti