...

İSLAM İNKİŞAF BANKI KREDİTİN AYRILMASINI TƏQDİR EDİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2005 14:51 (UTC +04:00)

İslam İnkişaf Bankı qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşmasına dair layihənin həyata keçirilməsinə kreditin ayrılmasını təqdir edib.

İİB-nin Şərqi Avropa və Mərkəzi Asiya ölkələrini təmsil edən icraçı direktoru İlqar İsayevin Trend ə bildirdiyi kimi, bu layihənin həyata keçirilməsi üçün İİB 7 mln islam dinarı ($10,3 mln) (dinarın avqustun 9-na olan məzənnəsi - 1 dinar $1,46707 bərabərdir) ayırmağa hazırdır.

Ayrılmış maliyyə vəsaiti Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsi tərəfindən alınacaq. Hazırda Azərbaycan hökuməti layihəni öyrənir. Onun imzalanma müddəti birbaşa olaraq bu prosesin başa çatmasından və sənədi imzalamaq üçün Azərbaycan tərəfə səlahiyyətlərin verilməsindən asılıdır.

Xəbər lenti

Xəbər lenti