...

AZƏRBAYCAN VƏ ŞİMALİ KİPRİN TİCARƏT VƏ İNVESTİSİYALAR ŞURASININ İLK İCLASI SENTYABRDA KEÇİRİLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2005 15:02 (UTC +04:00)

Azərbaycan və Şimali Kiprin ticarət və investisiyalar şurasının (TİŞ) ilk iclasının cari ilin sentyabrında keçirilməsi planlaşdırılır.İnvestisiyalar və məsləhətləşmələrin təşviqi Fondunun (İMTF) başçısı Emil Məcidov Trend agentliyinə bildirib ki, iclas Bakıda keçirilməlidir.

"İMTF və Şimali Kiprin ictimai təşkilat olan Sənaye Palatası arasında razılaşmaya dair Memorandum AR hökumət nümayəndələri və iş adamlarının bu respublikaya yaxın vaxtlarda keçirilmiş səfərində imzalanmışdı.

Bununla TİŞ ictimai qurum olacaq.Biz qərar qəbul etmişik ki, şura iclası ildə iki dəfə - 1 dəfə Bakıda, 1 dəfə isə Lefkoşada keçirsin " -deyə E.Məcidov qeyd edib.

Bu yaxınlarda Kiprə keçirilmiş səfəri şərh edərkən o qeyd edib ki, kiprlilərlə məlumat mübadiləsi, malların və xidmətlərin nəqli səmərəliliyinin müəyyən edilməsi məsələləri müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti