...

BU AYIN SONUNDA XAÇMAZDA MAKARON FABRİKİNİN TİKİNTİSİNƏ BAŞLANACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2005 18:45 (UTC +04:00)

Bu ayın sonlarında Xaçmazda makaron fabrikinin tikintisinə başlanacaqdır. Bu barədə "AtaSənaye" şirkətindən Trend xəbər agentliyinə məlumat verilib. Verilən məlumata görə, fabrik birgə müəssisə kimi fəaliyyət göstərəcəkdir.

Hazırda bununla bağlı İtaliyanın "Fava" şirkəti ilə danışıqlar aparılır. Gələn ay isə şirkətin nümayəndələri Bakıya gələcək və bir sıra məsələlər ətrafında son müzakirələr aparılacaqdır.

Fabrikdə İtaliya istehsalı olan avadanlıqlar quraşdırılacaqdır. Həmçinin burada istehsal olunan makaron məmulatlarına İtaliya şirkətinin də markası veriləcək və bu qida məhsulu xarici ölkələrə Azərbaycan istehsalı altında ixrac olunacaqdır.

Ümumilikdə isə fabrikdə istehsal olunacaq makaron məmulatlarının 70%-ə qədərinin ixrac olunması nəzərdə tutulur. Layihə dəyəri təqribən 5 milyon dollar olan fabrikin illik istehsal gücü 11-12 min ton olacaqdır. Gələn ilin ortalarında istifadəyə veriləcək bu istehsal müəssisəsində 150-yə yaxın işçi işlə təmin olunacaqdır.

Xəbər lenti

Xəbər lenti