...

AZƏRBAYCANIN KİÇİK ŞƏHƏRLƏRİNDƏ PENSİYALARIN ÖDƏNMƏSİNİN AVTOMATLAŞDIRILMASI BAŞA ÇATDIRILIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Avqust 2005 15:25 (UTC +04:00)

Müştərək Beynəlxalq bank və dövlət Kapital Bank kiçik şəhərlərdə və rayon mərkəzlərində sakinlərin pensiya təminatının avtomatlaşdırılması üçün Azərbaycan əhalisinin sosial müdafiəsi dövlət fondu ilə müqavilənin gerçəkləşdirilməsini başa çatdırıb.

Azəricard Ltd. Prosessinq şirkətində Trend agentliynə bildirilib ki, müqavilə 270 min Azərbaycan sosial kartının buraxılışını tələb edib.

"Nəticədə yerli emitentlər tərəfindən buraxılan müxtəlifi sistemlərin 800 min plastik kartı ilə bağlı müraciət var. Kapital Bank artıq əhalinin az təminatlı təbəqəsinin bir hissəsinə müavinətlərin verilməsi üçün ödəmə kartlarının buraxılışına başlayıb.İlin sonunadək 1 mln.kart müraciətdə olacaq " -deyə şirkətdə bildirilib.

2004-cü ildə AMB tərəfindən Bakıda və Sumqayıtdakı təqaüdçülər üçün 275 min sosial kart buraxılmışdı.Yeni layihə üzrə AMB Gəncə və ona yaxın rayonlar, Şəki və ona yaxın rayonlar, eləcə də Mingəçevir və ona yaxın rayonlarda, Kapital Bank - Abşeron və ölkənin ona yaxın şimal-şərq rayonları; Əlibayramlı və ona yaxın rayonlar; Yevlax və Naftalan yaxın rayonlarla birgə; Lənkəran və ona yaxın rayonlarda yaşayan təqaüdçülər üçün kartlar verib.

Kapital Bank indi çörəyin dəyərinin artırılmasına görə müavinət kartlarının ödənməsi üçün kartlar buraxır.Müavinətlərin həcmi ayda 30 min manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti