...

AZƏRBAYCANIN GÖMRÜK POSTLARINDA ÖDƏMƏLƏRİN AVTOMATLAŞDIRILMASI ÜÇÜN 4 POS-TERMİNAL QURAŞDIRILIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Avqust 2005 16:49 (UTC +04:00)

Dövlət Gömrük Komitəsi (DGK), Azərbaycanın Beynəlxalq Bankı (ABB)və Azericard Ltd prosessinq şirkəti gömrük ödəmələrinin avtomatlaşdırılmasını (ödəmə kartlarına keçirilməsi) üzrə pilot layihəsini demək olar ki, başa çatdırıblar. Azericard Ltd -dən Trend ə verilən məlumata görə, Bakı gömrük məntəqəsində və Sulutəpə qəsəbəsindəki avtomobil gömrük postunda ödəmələrin həyata keçirildiyi 2 POS-terminal quraşdırılıb.

"Hazırda DGK pilot layihəsində iştirak etmək üçün yeniləşdirilməli olan kartların sahiblərinin siyahısını hazırlamaqla məşğuldur ", -deyə şirkətdən bildiriblər.

Bankın və şirkətin xidmətlərinə görə ödəmə sxemi payızda DGK-nin sədri Kəmaləddin Heydərov və ABB-nın İdarə Heyətinin sədri Cahangir Hacıyev səviyyəsində həll ediləcək və bundan sonra müvafiq müqavilə imzalanacaq.

Layihə üzrə işlər "Azərbaycanda antiinflyasiya tədbirlərinin gücləndirilməsi barədə " ölkə prezidenti İlham Əliyevin 31 may tarixli fərmanından sonra sürətlənib. Gömrük sahəsində ödəmələrin avtomatlaşdırılmış sistemlərinə keçid hələ 2003-cü ilin sonlarında planlaşdırılıb. O zaman DGK, ABB və Azericard Ltd bankların gömrük ödəmələri, onların həcmi və bank xidmətlərinin bölüşdürülməsi barədə razılığa gələ bilməmişdilər.

Xəbər lenti

Xəbər lenti