...

AZƏRBAYCAN HÖKUMƏTİ İSTİLİK TƏCHİZATININ İNKİŞAF PROQRAMININ MÜZAKİRƏSİİNİ DAVAM ETDİRİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Avqust 2005 17:06 (UTC +04:00)

Bu gün Azərbaycanın Nazirlər Kabineti prezidentin 2005-ci il 8 iyun tarixli fərmanı ilə təsis olunmuş Azəristiliktəchizat ASC-nin iqamətgahında ölkənin istilik təchizatı sisteminin dövlət inkişaf proqramı layihəsinin dünən başlanmış müzakirəsini davam etdirir.

Hökumətdən xəbər verildiyi kimi, bu gün nazirin birinci müavini Yaqub Eyyubovun sədrliyi ilə müzakirələr aparılıb. "Hazırda Bakıda binaların yalnız 22%-i istilik alır. Noyabra qədər istiliklə təchiz olunan binaların sayını 1500-ə çatdırmaq planlaşdırılır", bu isə yaşayış fondunun 50%-nə bərabərdir.

İstilik şəbəkəsinin reabilitasiyası mənzillərdə (3-4 bina) qazanxana sistemlərinə keçilməsini, su anbarlarınının və infrastrukturun bərpasını nəzərdə tutur", - deyə hökumətdə qeyd ediblər.

İstilik şəbəkəsinin reabilitasiyası zamanı əlavə məsələlər kommunal təsərrüfata xidmətin təşkilinin qəbul olunmuş sxeminin olmaması ilə əlaqədar yaranıb. Hazırda xidmətin təşkili üzrə 2 sxem - mövcud mənzil-kommunal idarələrin bütün kommunal sistemlər üzrə xidmət göstərən kiçik müəssisələrə və ya xidmət növləri üzrə ixtisaslaşmış servis müəssisələrinə çevrilməsi təklif olunub.

Seçim probleminə beynəlxalq inkişaf üzrə ABŞ Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən "Azərbaycanın energetika sektoruna texniki yardımın göstərilməsi" proqramı çərçivəsində həyata keçirilən və dəyəri 250 min dollar olan pilot layihəsi kömək edəcək.

Layihənin icraçısı Amerikanın PA Consulting şirkəti artıq Suraxanı rayonunda qazanxanaların tikintisi, mənzillərin istilik sistemlərinin, blokların, evlərin damlarının bərpası üçün Azərbaycanın Azəraqrartikinti və Nurədddin şirkətləri ilə dəyəri 250 min dollar olan müqavilə bağlayıb.

Azəristiliktəchizat fəaliyyətə Bakı şəhərindən başlayacaq. Hazırda onun fəaliyyətinin təşkili çərçivəsində ASC-nin balansına inşaat və memarlıq üzrə Dövlət Komitəsinin, Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər və Qaradağ rayon istilik şəbəkələrindən müvafiq obyektlərin ASC-nin balansına verilməsi üzrə işlər aparılır.

Xəbər lenti

Xəbər lenti