...

AZƏRBAYCAN VƏ İRAN BALIQÇILIQ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQLA BAĞLI RAZILAŞMA İMZALAYACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Avqust 2005 13:04 (UTC +04:00)

Azərbaycanla İran arasında əməkdaşlıq barədə razılaşmanın layihəsi hazırlanır. Bu barədə Trend ə İranın Azərbaycandakı səfirliyindən məlumat veriblib.

Səfirlikdən bildiriblər ki, İran bu sahədə Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır. Bu məsələ İranın kənd təsərrüfatı nazirinin müavini, balıqçılıq üzrə təşkilatın sədri Məhəmməd Səidinin bu yaxınlarda Bakıya səfərinin gedişində də diqqət mərkəzində olub.

Balıqçılıq, balıqtutma işində, balıq məhsullarının istehsalının təşkilində zəngin təcrübəyə malik olan İran bu təcrübəni azərbaycandlı həmkarları ilə bölüşdürməyə hazırdır. Bu məqsədlə kapital qoyuluşu, hazırlıq və mütəxəssislərin mübadiləsi ilə bağlı olan bir sıra layihələrin reallaşdırılması mümkündür.

İranın nazir müavinin səfəri gedişində əməkdaşlıq barədə müqavilənin müvafiq layihəsinin hazırlanması barədə razılaşma əldə olunub. Sənədin ilin sonuna kimi imzalanacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti