...

AG LEASING VƏ GÜNAY LEASING AZƏRBAYCANIN LİZİNQ ŞİRKƏTLƏRİ ASOSSİASİYASINA ÜZVLÜKLƏRİNİ RƏSMİLƏŞDİRİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Avqust 2005 15:44 (UTC +04:00)

Azərbaycanın Lizinq Şirkətləri Assosiasiyasının üzvlərinin sayı 5-ə çatıb. Assosiasiyanın rəhbəri, AtaLeasing şirkətinnin direktoru Ceyhun Məmmədbəylinin sözlərinə görə, ALCA-nın 3 təsisçisindən başqa AG Leasing və Günay Leasing şirkətləri də Assosiasiyaya üzvlüklərini rəsmiləşdiriblər.

"Daha 5 şirkət ALCA-ya üzvlüklərini rəsmiləşdirmək üçün forma götürüb və onlar assosiasiyanın potensial üzvləri hesab oluna bilərlər. Ümumiyyətlə 16-ya qədər lizinq şirkətləri və ya xüsusi bank departamentləri fəaliyyət göstərir. Xüsusilə Texnika Bank və NBC Bank öz şirkətlərini yaradıb.

Hazırda Azərbaycan Mikromaliyyələşdirmə Bankı lizinq əməliyyatlarını həyata keçirməyə hazırlaşır", - deyə C.Məmmədbəyli qeyd edib.

Assosiasiya 2004-cü il oktyabrın 27-də Ataleasing, Unileasing, Muganleasing şirkətləri tərəfindən təsis edilib.

Xəbər lenti

Xəbər lenti