...

AZƏRBAYCAN VƏ QAZAXISTANIN AUDİTOR ORQANLARI ARASINDA ƏMƏKDAŞLIĞA DAİR MEMORANDUM İMZALANIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Avqust 2005 16:33 (UTC +04:00)

Azərbaycan və Qazaxıstanın auditor palataları arasında əməkdaşlığa dair memorandum imzalanıb. Auditor Palatasında (AP) Trend ə bildirildiyi kimi, bu məqsədlə auditorlar palatasının sədri Vahid Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti Alma-atada 3 günlük səfərdə olub.

Sənəd Azərbaycan tərəfindən Vahid Novruzov, Qazaxıstan tərəfindən isə Auditor Palatasının prezidenti Sapar Koşçimbayev tərəfindən imzalanıb.

Bundan başqa səfər çərçivəsində nümayəndə heyəti auditor strukturların fəaliyyəti ilə tanış olaraq bu sahə üzrə 50-yə yaxın metodik sənədlər gətirib.

Palatada həmçinin Qazaxıstanın auditorlar palatası ilə uzunmüddətli əməkdaşlığın olması barədə bildirilib. Belə ki, Qazaxıstan, Azərbaycan və Ukraynanın iştirakı ilə 1999-cu ilin dekabrında Vahid Axundovun rəhbərlik etdiyi Beynəlxalq regional mühasiblər və auditorlar federasiyası yaradılıb.

Qeyd edək ki, iyulun 20-də Bakıda Azərbaycan və Litvanın auditor palataları arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb. Azərbaycan tərəfindən bu sənədi auditor palatasının rəhbəri Vahid Novruzov, Litva tərəfindən isə auditor palatasının prezidenti Gennadi Makuşev imzalayıb.

AP-də həmçinin onu da bildiriblər ki, analoji sənəd cari ilin aprel ayında Türkiyə ilə də imzalanıb.

Xəbər lenti

Xəbər lenti