...

AVQUSTUN 24-DƏ V.KRAMARENKONUN BAŞÇILIQ ETDİYİ BVF MİSSİYASI BAKIYA SƏFƏRƏ GƏLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Avqust 2005 16:43 (UTC +04:00)

Avqustun 24-də Vitali Kramarenkonun başçılıq etdiyi Beynəlxalq Valyuta Fondunun (BVF) missiyası Azərbaycana səfərə gələcək. Bu barədə fondun Bakı nümayəndəliyindən Trend xəbər agentliyinə məlumat verilib.

Verilən məlumata görə, avqustun 31-nə kimi davam edəcək səfərin əsas məqsədi 2005-ci ilin ikinci yarısında hökumətin aparacağı maliyyə siyasətini və əsas struktur islahatlarının icrasını qiymətləndirməkdir.

Bu məqsədlə fondun missiyası Maliyyə, İqtisadi İnkişaf, Vergilər Nazirliklərində, Milli Bankda, Nazirlər Kabinetində, Prezident Aparatında və Dövlət Neft Fondunda bir sıra görüşlər keçirəcək. Bu görüşlərdə həmçinin 2006-cı ilin dövlət büdcəsinin ilkin layihəsi də müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti