...

İSTEHLAK MALLARININ QİYMƏTLƏRİNİN MONİTORİNQ PROSESİ BAŞLAYACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Avqust 2005 17:54 (UTC +04:00)

Ölkə prezidentinin 31 may 2005-ci il tarixli "Antiinflyasiya tədbirlərinin gücləndirilməsinə dair" fərmanına müvafiq olaraq idxal olunan istehlak mallarının qiymətlərinin monitorinqinin keçirilməsi üçün işçi qrup yaradılıb.

İqtisadi İnkişaf Nazirliyinin (İİN) antiinhisar siyasəti departamentindən Trend ə verilən məlumata görə, qrupun tərkibinə İqtisadi İnkişaf, Vergilər Nazirliklərinin və Dövlət Statistika Komitəsinin nümayəndələri daxildir.

İndiyə kimi artıq istehlak mallarının topdan və pərakəndə satış qiymətlərinin monitorinq prosesi keçirilib.Adı çəkilən fərmanın 3.4 maddəsinə uyğun olaraq, monitorinqin yekunları hər üç aydan bir ümumiləşdiriləcək və KİV-də dərc olunacaq.

Departamentdən həmçinin bildiriblər ki, hazırda işçi qrup monitorinqin nəticələrinin dəqiqliyini təmin etmək üçün metodların tətbiqini davam etdirir.

Xəbər lenti

Xəbər lenti