...

AZƏRBAYCAN LİZİNQ ŞİRKƏTLƏRİ ASSOSİASİYASI ÖLKƏDƏ LİZİNQ POTENSİALINI $240 MLN DƏYƏRİNDƏ QİYMƏTLƏNDİRİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Avqust 2005 12:24 (UTC +04:00)

Azərbaycan lizinq şirkətləri assosiasiyası (ALCA) ölkədə lizinq əməliyyatlarının potensialını qiymətləndirib. Assosiasiyanın rəhbəri, AtaLeasing şirkətinin direktoru Ceyhun Məmmədbəylinin Trend ə verdiyi məlumata görə, beynəlxalq standartlar üzrə hesabatlara əsasən yerli lizinq xidmətləri bazarının potensialı $220-240 mln dəyərində qiymətləndirilib.

"Dünya təcrübəsinə görə, adətən potensial tələbatın 20%-i ödənilir". Bu isə ölkədə mümkün lizinq dövriyyəsini $40-48 mln dəyərində qiymətləndirməyə imkan verib. Təssəsüf ki, keçən il dövriyyə $10,5 mln təşkil etmişdi", - deyə C.Məmmədbəyli qeyd edib. Beynəlxalq Maliyyyə Korporasiyası tərəfindən dəstəklənən Azərbaycan lizinqin inkişafı layihəsi (ALDP) ölkədə potensial dövriyyəni $400 mln dəyərində qiymətləndirib.

"ALCA və ALDP arasında ziddiyyət yoxdur. Fərq yalnız qiymətləndirmə metodikasındadır", - deyə C.Məmmədbəyli bildirib.

Xəbər lenti

Xəbər lenti