...

SƏUDİYYƏ İNKİŞAF FONDU AZƏRBAYCANDA YEVLAX-GƏNCƏ YOLUNUN BƏRPASI ŞƏRTLƏRİNİ MÜZAKİRƏ EDİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Avqust 2005 13:00 (UTC +04:00)

Avqustun 25-də Səudiyyə İnkişaf Fondunun nümayəndə heyəti Bakıya gəlir. Azərbaycanın İqtisadi İnkişaf Nazirliyindən Trend ə verilən məlumata görə, səfərin məqsədi Yevlax-Gəncə avtomobil yolunun bərpasının maliyyələşdirilməsi şərtlərinin müzakirəsidir.

"Həmçinin nümayəndə heyəti tərəfindən digər layihələrin həyata keçirilməsinin gedişidi də müzakirə olunacaq", - deyə Nazirlikdə bildirilib. Hazırda SİF-in hesabına Bakıda 5 müasir məktəbin inşası üçün podratçıların seçilməsi üzrə müsabiqə keçirilir.

Yevlax-Gəncə yolunun uzunluğu 88,8 kilometrdir. Onun bərpasına 58 mln dollar vəsait tələb olunur. İlkin mərhələdə birinci dərəcəli standartlar üzrə 50 km yolun bərpası nəzərdə tutulur. Ona sərf olunacaq vəsait 28 mln dollar təşkil edir.

Mayın 24-də Azərbaycan parlamenti 2005-ci il martın 10-da Ciddə Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və İİB-nin prezidenti Əhməd Məhəmməd Əli arasında bağlanmış "Yevlax-Gəncə avtomobil yolunun bərpası üzrə layihənin maliyyələşdirilməsində İslam İnkişaf Bankının iştirakı"na dair kredit sazişini təsdiq edib. İİB bu məqsədlə 10,4 mln dollar vəsait ayırıb, Asiya İnkişaf Bankı isə 11 mln dollar kredit ayırmağa hazırdır. SİF-in 15 mln ayıracağı gözlənilir. Qalıq hökumət tərəfindən və ya OPEC və Əbu-Dabi fondunun kreditləri hesabına ödəniləcək.

Xəbər lenti

Xəbər lenti