...

DÜŞƏNBƏDƏ MDB VƏ BALTİK ÖLKƏLƏRİNİN DƏMİRYOLU EKSPERTLƏRİNİN GÖRÜŞÜ KEÇİRİLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Avqust 2005 14:16 (UTC +04:00)

Avqustun 30 -sentyabrın 1-nə kimi Düşənbədə MDB və Baltik ölkələrinin dəmiryolu idarələrinin ekspertlərinin müşavirəsi keçiriləcək. Toplantıda 2006-cı il üzrə tarif siyasəti müzakirə olunacaq. Bu barədə Trend ə Azərbaycan Dövlət Dəmiryolundan (ADDY) məlumat veriblər.

Görüşdə Azərbaycanı ADDY-nun tarif-nəqliyyat servis xidmətinin rəisinin müavini Hüsaməddin Məlikov təmsil edəcək.

Görüşün iştirakçıları ölkələrin təklifləri əsasında yükdaşınmaları üzrə tarif siyasətinin layihəsini hazırlayacaqlar. Görüşün əsas məqsədi yük daşınmalarının həcmini artırmaq üçün MDB və Baltik ölkələrinin tranzit yüklərə görə tarif siyasətini balanslaşdırmaqdan ibarətdir. Tariflər üzrə yekun sənəd gələn ilin oktyabrında Tallində qəbud ediləcək.

Düşənbədə keçirilən görüşdə Azərbaycanın, Belorusiyanın, Ermənistanın, Gürcüstanın, Qazaxıstanın, Qırğızıstanın, Moldovanın, Rusiyanın, Tacikstanın, Özbəkistanın, Ukraynanın, Estoniyanın, Latviyanın və Litvanın nümayəndələri iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti