...

VERGİLƏR NAZİRLİYİ VERGİ DAXİOLMALARININ STRUKTURUNU AÇIQLAYIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Avqust 2005 15:06 (UTC +04:00)

2005-ci ilin iyul ayında vergi daxilolmaları 612 250,6 mln manat təşkil edib. Vergilər Nazirliyindən Trend ə verilən məlumata görə, bu, 633 893 mln manata bərabər olan proqnoz göstəricisinin 96,9%-ni təşkil edir.

ƏDV rüsumları proqnoz göstəricisinin 105,6%-ni və ya 146 189,6 mln manat, səhmlərdən tutulan rüsumlar - 48 829,1 mln manat və ya 100,9%, gəlir vergisi - 167 365,6 mln manat və ya 95,9%, yeraltı sərvətlər vergisi - 1 201 mln manat və ya 3,1%, torpaq vergisi - 6 0654,4 mln manat və ya 101,1%, əmlak vergisi - 15 443 mln manat və ya 96,5%, fiziki şəxslərdən tutulan gəlir vergisi 96,5% (o cümlədən sahibkarlıq fəalliyyəti ilə məşğul olan şəxslərdən tutulan gəlir vergisi - 2 047, 6 mln manat) əmək haqqı vergisi - 138 830,1 mln manat, dövlət rüsusu vergisi - 16 478, 3 mln manat və ya 111,3%, yol vergisi 2 942,1 mln manat və ya 81,7%, sadələşdirilmiş vergi - 88 475,9 mln manat və ya 100%, digər daxilolmalar isə 58 382, 5 mln manat və ya proqnozun 132,7%-ni təşkil edib.

Xəbər lenti

Xəbər lenti