...

AQROLİZİNQ-İN İKİNCİ TENDERİNİN QALİBİ MÜƏYYƏN OLUNUB

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Avqust 2005 16:58 (UTC +04:00)

Avqustun 15-də Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin ikinci tenderinin qalibi elan edilib.ASC-dən Trend ə verilən məlusata görə tenderin mövzusu Aqrolizinqin maddi-texniki bazasının yaradıflması üçün texnikanın ikinci hissəsinin alınmasıdır. Qalib 956 min dollara yaxın təkliflə PM MMC şirkəti olub.

Prosedura bir lot üzrə-avtomobil kranlarının alınması (4 ədəd), avtokar (4 ədəd), texniki təmir avtomobilləri (8 ədəd), sərnişin və yük daşıma avtomobilləri (4 ədəd), yarı dartqı avtomobilləri (4 ədəd), yariıdartqılar (4 ədəd) və azyerli avtobuslar (1 ədəd).

Tender təkliflərinin açılışı iyulun 28-də Kənd Təsərrüfatı Nazirliyində olub. Prosedurada PM MMC şirkətindən başqa 920 min dollar təkliflə Rosavtoexport, 1.069 milyon təkliflə Ural Trade House və 847 min dollar təkliflə Tataristan Trade House da iştirak edib.

"Yaxın vaxtlarda PM MMC-lə müvafiq razılaşma imzalanacaq və 90 gün ərzində texnika ASC-nə təqdim olunacaq "-deyə dövlət strukturundan bildiriblər.

Xəbər lenti

Xəbər lenti