...

OKTYABRIN 25-DƏ ŞƏMKİRDƏ QUŞÇULUQ FABRİKİ İSTİFADƏYƏ VERİLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Avqust 2005 11:33 (UTC +04:00)

Oktyabrın 25-də "Şəmkir Quşçuluq" fabriki aparılmış yenidənqurma işlərindən sonra istifadəyə veriləcək. Bu barədə "AtaSənaye" şirkətindən Trend xəbər agentliyinə məlumat verilib.

Verilən məlumata görə, "Şəmkir Aqro-İstehsalat Firması"nın tərkibinə daxil olan quşçuluq fabrikində aparılan yenidənqurma işlərinə 3 milyon dollar vəsait sərf olunub. Müəssisədə 3 yeni toyuq sexi, yem ambarı, laboratoriya binası, qurutma sexi, inkubator binası tikilib. Fabrikdə quraşdırılan avadanlıqların əksəriyyəti Türkiyənin "Kutulsan" şirkətindən aılınıb.

Bu yaxınlarda isə Ukraynadan 250 min quş gətiriləcək. İstifadəyə verildikdən sonra müəssisə ilk olaraq gündə 40 min ədəd yumurta istehsalı ilə bazara daxil olacaq.

İlin sonuna isə yumurta istehsalı gündə 90 minə çatdırılacaq. Həmçinin ilin sonuna kimi ayda 100 ton quş əti istehsalı da nəzərdə tutulub. Növbəti illərdə quşçuluq fabrikində kəsim sexi hazırlanandan sonra quş əti istehsalı artacaq. Müəssisədə istehsal olunan məhsullar yerli bazarda satılmaqla yanaşı, Gürcüstan və O
rta Asiya ölkələrinə də ixrac olunacaq.

Qeyd edək ki, fabrikin açılış mərasimində ölkə prezidenti İlham Əliyevin də iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti