...

AVTOMOBİL YOLLARININ KƏNARINDA 2280 QANUNSUZ OBYEKT LƏĞV EDİLİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Avqust 2005 14:28 (UTC +04:00)

Azərbaycanın Nəqliyyat Nazirliyi avtomobil yollarının kənarında yerləşən obyektləri sürətlə ləğv etməkdə davam edir. Nazirldiyin "Yolnəqliyyatservis" departamentindən Trend ə verilən məlumata görə, hazırda avtomobil yollarının yaxınlığında yerləşən qanunsuz obyektlərin sayı 6700 ədəd təşkil edir.

"Aparılan tədbirlər nəticəsində 2280 obyekt ləğv olunub ki, bunlar da əsas etibarilə ticarət, ictimai ərzaq məntəqələridir. Eyni zamanda, dağıdılan obyektlər arasında yaşayış binaları da var ",- deyə departamentdən bildiriblər.

Burada bildiriblər ki, obyektlərin qanuni olduğunu göstərən sənədləri təqdim edən ev sahibləri kompensasiya alacaqlar.

Qeyd edək ki, bu işlər Nazirlər Kabinetinin tikinti işlərinə magistral avtomobil yollarından 30 metr kənarda tikintisinə icazə verən sərəncamına əsasən icra edilir. Daxili yollar üçün isə bu rəqəm 12,5 metr təşkil edir.

Xəbər lenti

Xəbər lenti