...

AR DNF BÜDCƏYƏ 370 MLRD MANAT VƏSAİT KEÇİRİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Avqust 2005 16:15 (UTC +04:00)

Cari ildə Dövlət Neft Fondu büdcəyə 370 mlrd manat vəsait keçirib. Trend in məlumatına əsasən, bu barədə jurnalistlərə AR DNF-nin icraçı direktoru Samir Şərifov bildirib.

Beləliklə, AR DNF büdcəyə 75 mlrd manat ölçüsündə transfertin ümumi həcminin 49,33%-ni keçirib.

AR DNF qaçqın və məcburi köçkünlərin ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulmuş vəsaitdən 115 mlrd manat keçirib ki, bu da 2005-ci ildə bu məqsədlə nəzərdə tutulmuş 202 mlrd manat vəsaitin 56,931%-ni təşkil edir.

70 mlrd manat Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə yönəldilib. 2005-ci ildə bu məqsədlə 205 mlrd manat vəsatin ayrılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti