...

SABİTLƏŞMƏ FONDUNUN VƏSAİTLƏRİ AR DNF-İN VƏSAİTLƏRİNİ ÜMUMİ İDARƏETMƏ STRATEGİYASINA UYĞUN OLARAQ İDARƏ OLUNACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Avqust 2005 16:48 (UTC +04:00)

Sabitləşmə fondunun vəsaitləri Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərini ümumi idarəetmə startegiyasına uyğun olaraq idarə olunacaq. Samir Şərifovun Trend ə bildirdiyi kimi, sabitləşmə fondunun vəsaitləri AR DNF-ə verilib.

Bu halda onlardan əldə edilən gəlirlərin Maliyyə Nazirliyinə verilməsi məqsədilə onların idarə olunması üzrə DNF-ə heç bir tapşırıq verilməyib. Bununla əlaqədar bu dövlət vəsaitləri Dövlət Fonddunun digər vəsaitləri kimi Dövlət Neft Fondu tərəfindən idarə olunacaq.

Əvvəllər onların DNF tərəfindən idarə edilmələri üçün müvafiq normativ bazanın tələb olunduğu bildirilirdi. Sabitləşmə Fondunun vəsaitlərinin AR DNF-ə verilməsi zaman dövlət xəzinəsinin xüsusi hesabında 325 mlrd manat vəsait toplanıb.

Xəbər lenti

Xəbər lenti