...

AZƏRBAYCANDA ORTA ƏMƏK HAQQI 22,3% ARTIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Avqust 2005 17:48 (UTC +04:00)

Azərbaycanda yanvar-iyul ayları ərzində orta aylıq əmək haqqı 567,2 min manat (bu dövr üçün orta mübadilə məzənnəsi üzrə $117,7) təşkil edib ki, bu da 2004-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 22,3% çoxdur.

Bu barədə Trend ə Azərbaycan Dövlət Statistika Komitəsində məlumat verilib. 2004-cü ilin yekunlarına görə, orta aylıq əmək haqqı 483,4 min manat ($98,38) təşkil edib, hökümət 2005-ci il üçün orta aylıq əmək haqqının 594,8 min manat ($122) olacağını proqnozlaşdırır.

2005-ci ilin 7 ayı ərzində orta aylıq əmək haqqı adambaşına düşən orta gəliri 60,692% keçib. Avqustun 1-i üçün adambaşına düşən nominal gəlir 2470,8 min manat təşkil edib, bu da 2004-cü ilin yanvar-iyun aylarının göstəricisindən 24,7%, bu ilin iyun ayının göstəricisindən isə 0,9% çoxdur. Proqnozlara əsasən 2005-ci ildə adambaşına düşən gəlir 3676,3 min manat təşkil edəcək.

Yanvar-iyul ayları ərzində əhalinin adambaşına düşən nominal pul gəlirləri 20386,8 mlrd manat (o cümlədən iyulda 3155,7 mlrd. manat) olub ki, bu da 2004-cü ilin yanvar-iyun göstəricilərindən 26%, 2005-ci ilin iyun göstəricisindən isə 0,9% çoxdur. Hökumət 2005-ci ildə 30,3 trln manat məbləğində pul gəliri proqnozlaşdırır.

Yanvar-iyun ayları ərzində əhalinin pul xərcləri gəlirlərdən 452,4 mlrd manat az olub və 19934,4 mlrd manat təşkil edib, bu da keçən ilin analoji dövrü ərzindəki xərclərdən 23,55% çoxdur. Hökumət 2005-ci ildə pul xərclərinin 29,95 trln manat (adambaşına 3633,8 min manat) təşkil edəcəyini proqnozlaşdırılır.

Yanvar-iyul aylarında əhalinin gəlirlərinin 74,7%-i (14890,997 mlrd. manat) mal və xidmətlərin əldə olunmasına, 4,1%-i (817,31 mlrd manat) vergi və rüsumların ödənilməsinə sərf olunub.

2005-ci ildə əhalinin mal və xidmətlərin əldə olunmasına 22309,9 mlrd manat, vergi və rüsumlara 1150 mlrd manat sərf edəcəyi proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti