...

AZƏRBAYCANDA MƏDƏN SƏNAYESİNİN ŞƏFFAFLIĞINA DAİR TƏŞƏBBÜSLƏ BAĞLI KONFRANS KEÇİRİLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Avqust 2005 18:11 (UTC +04:00)

Cari ilin payızında Bakıda mədən sənayesinin şəffaflığı məsələsinə dair regional konfrans keçiriləcək. Təşəbbüsün həyata keçirilməsi üzrə Komissiyanın rəhbəri Samir Şərifovun Trend ə bildirdiyinə görə, konfransın 2005-ci ilin sentyabrın sonu-oktyabrın əvvəllərində keçirilməsi planlaşdırılır.

Konfransın keçirilməsində məqsəd region ölkələrinin Azərbaycanda bu təşəbbüsün həyata keçirilməsi təcrübəsi ilə tanış olmasıdır. Bu konfransa artıq Qazaxıstadan nümayəndələr dəvət olunublar. Dəvət olunanların siyahısı tədbirin keçirilmə tarixi müəyyən olunduqdan sonra dəqiqləşdiriləcək.

Mədən sənayesinin şəffaflığına dair təşəbbüsün reallaşdırılması memorandumunu imzalayan EİB koalisiyasının rəhbəri İnqilab Əhmədovun Trend ə bildirdiyinə görə, EİB Soros fondunun maliyyə dəstəyi, Dünya bankı, Afrika və Qazaxıstan və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə qeyri-hökumət təşkilatları səviyyəsində belə konfrans keçirilməyi planlaşdırırdı. "2005-ci ildə belə konfransın keçirilməsi planlaşdırılırdı və EİB-in Dövlət Komissiyası ilə birlikdə vahid konfrans təşkil edəcəyi istisna edilməyib", - deyə İ.Əhmədov qeyd edib.

Xəbər lenti

Xəbər lenti