...

2005-Cİ İLİN BİRİNCİ YARISINDA AZƏRBAYCANA BİRBAŞA XARİCİ İNVESTİSİYALAR $2103,6 MLN TƏŞKİL EDİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Avqust 2005 13:10 (UTC +04:00)

Azərbaycan Dövlət Statistika Komitəsi 2005-ci ilin birinci yarısında ölkə iqtisadiyyatına cəlb olunmuş xarici investisiyaların hesablanmasını yekunlaşdırıb.

DSK-dan Trend ə verilən məlumata görə, yarım il ərzində iqtisadiyyata 3,5 % artımla $2103,6 mln investisiya cəlb olunub. Birbaşa investisiyalar $2054,6 mln (xarici investisiyaların ümumi həcminin 97,7%-i), xarici istiqrazlar $49 mln. (2,3%) təşkil edib. Neft sektoruna cəlb olunan investisiyalar isə 3,9% artımla 96,4%-ə bərabər olub.

İlin birinci yarısında xarici və birgə müəssisələr tərəfindən qeyri neft sektoruna $27 mln, sənaye sektoruna $18,1 mln (investisiyaların 67%-i), ticarət və xidmətlər sektoruna $3,9 mln (14,4 mln), inşaat sektoruna $3,8 mln (14,1%), nəqliyyat və rabitə sektoruna $0,8 mln (3%) investisiya qoyulub.

Xəbər lenti

Xəbər lenti