...

AQROLİZİNQ VƏSAİTLƏRƏ QƏNAƏT ETMƏKLƏ NƏZƏRDƏ TUTULANDAN ÇOX KƏND TƏSƏRRÜFATI TEXNİKASI ALIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Avqust 2005 15:37 (UTC +04:00)

Aqrolizinq ASC vəsaitlərə qənaət etməklə nəzərdə tutulandan daha çox kənd təsərrüfatı texnikası alıb. ASC-də Trend ə bildirildiyi kimi, Aqrolizinq tərəfindən iyulun 28-də keçirilmiş birinci tenderlə 1000-dən çox kənd təsərrüfatı texnikasının alınması nəzərdə tutulurdu, lakin vəsaitlərə qənaət olunması nəticəsində alınan texnikanın sayı xeyli artıb.

ASC-də qeyd ediblər ki, tenderdə 210 ədəd taxıl yığan kombaynın alınması nəzərdə tutulsa da, indi bu rəqəm 250 təşkil edir. 350 təkərli traktorun yerinə 360 traktor alınıb. Həmçinin 636 ədəd traktora qoşulan kənd təsərrüfatı maşınları alınacaq.

Texnika Çinin Xinjane, Türkiyənin Yamakoğlu İnshaat və Koylu Tarimmakina Sanaye, yerli Kometa V ltd şirkətlərindən alınıb.

Xəbər lenti

Xəbər lenti